69 yaşlı Bərdə sakini Verdiyev Səfa Qurban oğlu 35 il əvvəl Kəlbəcərdən gətirdiyi suyu hələ də saxlayır.

Bunu Unikal.org-a açıqlamasında o özü bildirib. 

S.Verdiyev qeyd edib ki, “İstisu” mineral suyunu 1985-ci ildə Kəlbəcər rayonundan gətirib: "Anam Kəlbəcərin Əlibayramlı kəndindəndir. Neçə ildir mən bu suyu saxlayıram. 

Mineral suyun rəngi dəyişməyib, şəffafdır.  Hələ də suyu yadigar saxlayıram. Butulkanın üzərindəki yazılar saralmışdı, ona əl gəzdirdim. Bu suyun dünyada əvəzi yoxdur. Ən böyük arzum rayonumuzun işğaldan azad olunduğu günü görməkdir. Övladlarıma da demişəm ki, əgər o günü görməsəm, bu suyu açıb qəbrimin üzərinə tökərsiniz."

Famil Fərhadoğlu