Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun 205-ci kilometrliyində, Göyçay rayonu Bığır kəndi ərazisində qeydə alınıb.

"VAZ 21099" markalı minik və "SHACMAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər - 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.