Feysbuk və İnstaqram sosial şəbəkələrinin işində problemlər yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ, Böyük Britaniya, Niderland, Polşa, İspaniya və digər Avropa ölkələri də İnstaqramda problemlərlə üzləşiblər.

Feysbukun işindəki problemlər isə əsasən ABŞ-da qeydə alınıb.