Qırğızıstan parlamentinin koalisiyası respublikanın baş naziri vəzifəsinə Sadır Japarovun namizədliyini dəstəklədi.

Unikal.org bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.

İndi Japarovun namizədliyi bütün palatanın səsverməsinə çıxarılacaq.

Xatırladaq ki, Qırğızıstan parlamenti oktyabrın 10-da Japarovun baş nazir vəzifəsinə namizədliyini, kabinetin strukturu və tərkibini təsdiqləyib. Ancaq prezident qərarı imzalamayaraq parlamentə qaytarıb. Dövlət başçısı bildirib ki, Japarovun təsdiq olunduğu iclasda kvorum olmadığı üçün qərar  qanunsuzdur. Qanunverici Məclis oktyabrın 14-də Nazirlər Kabinetinin tərkibinə yenidən baxmağı planlaşdırır.