Azərbaycan bu gün mübarizəni öz torpaqlarında aparır, mübahisəli ərazilərdə deyil. Qarabağ Azərbaycan torpağıdır.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Biz işğalın sona çatmasından danışmasaq, Minsk Qrupu bir həll planı ortaya qoymasa, bu münaqişəni həll etmək mümkün olmayacaq. Minsk Qrupu 30 ildir bir həll tapmayıbsa, biz daha 30 il gözləməliyik? O zaman başqa mexanizmləri irəli sürək. Cənab Əliyevin dediyi kimi, “Rusiya madam Ermənistanın tərəfində, Türkiyə də Azərbaycanın yanında dördlü olaraq bu məsələni həll etmək üçün danışaq”. Türkiyə olaraq biz buna yox deməyəcəyik”, - Kalın bildirib.