UEFA Millətlər Liqasında 4-cü tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə A, C və D Liqasında 7 matç keçirilib.

A Liqasının 4-cü qrupunda Ukrayna İspaniyaya qalib gəlib - 1:0. Almaniya - İsveçrə görüşündə isə heç-heçə qeydə alınıb- 3:3.

C Liqasının 1-ci qrupunda Monteneqro evdə Lüksemburqa 1:2 hesabı ilə uduzaraq, ilk pilləni əldən verib. Qrupun digər oyununda Azərbaycan Kiprlə qolsuz heç-heçə edib.