Fransanın məşhur “France 24” telekanalı Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutulması, dinc insanların həlak olmasına dair süjet hazırlayıb.

Unikal.org xəbər verir ki, süjetdə cəbhədən, döyüş zonasından uzaq olan Gəncənin atəşə tutulması nəticəsində dinc insanların həlak olmasından, düşmən hücumunun törətdiyi dağıntılardan bəhs edilir. Bununla yanaşı, süjetdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.