Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev istintaq bitənə qədər Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasına yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə MTDK-nin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir.

Bildirilir ki, məhkəmənin A.Atambayevin ev dustaqlığına buraxılmasına dair əvvəlki qərarı qanunsuz elan edilib.

“Oktyabrın 5-dən 6-na keçən gecə baş verən hadisələr zamanı Bişkekin Pervomaysk Məhkəməsinin hakiminə qarşı şiddət tətbiq olunub, nəticədə o, təzyiq altında qabaqlayıcı tədbirin (Atambayevə qarşı) dəyişdirilməsi barədə fərman imzalayıb”, - məlumatda deyilir.