Cari mövsümdə “Real” və “Barselona” arasında keçiriləcək ilk “el klasiko”nun başlanma saatı açıqlanıb.

Unikal.org xəbər verir ki, “Real” və “Barselona” arasında ilk matç 7-ci tur çərçivəsində baş tutacaq. Oktyabrın 25-də “Nou Kamp”da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

Mövsümün ikinci “el klasiko”su isə 2021-ci ilin 11 aprelində, 30-cu tur çərçivəsində Madriddəki “Santyaqo Bernabeu”da oynanılacaq.