Mühacirlərlə görüşməyə gələn Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Yunanıstanın paytaxtı Afinada döyülüb.

Unikal.org xəbər verir ki, bu barədə “Sputnik Qruziya” yazır.

Saakaşviliyə hücum tədbirin keçiriləcəyi binanın yaxınlığında baş verib. Belə ki, gənc kişi sabiq prezidentin başından bir neçə dəfə zərbə vurub. Hadisə zamanı bir neçə nəfər yaralanıb. Baş verənlərə baxmayaraq, Saakaşvili mühacirlər ilə görüşüb və siyasi planlarından danışıb.