Tacikistanda bazar günü keçirilən prezident seçkilərində Emomali Rahmon qələbə qazanıb.

Unika.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsinin sədri Bəxtiyer Xudayerzoda bildirib.

“İlkin nəticələrə görə, prezident seçkilərində 90,92% səs toplamaqla dövlət cari başçısı Emomali Rahmon qalib olub”, - deyə MSK sədri qeyd edib.

1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rahmon üçün bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər. Heç bir qanun pozuntusu qeydə alınmayıb.