Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobilin beton dirəyə dəyərək aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.