Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 37 milyon 470 min 751 nəfərə çatıb.

Unikal.org  "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 77 min 507 nəfərdir.

İndiyədək 28 milyon 115 min 866 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.