Şimali Koreya “Pukkıkson 4-A” ballistik raketini nümayiş etdirib.

Unikal.org xəbər verir ki, raket Koreya Əmək Partiyasının 75 illiyi münasibətilə keçirilən paradda nümayiş olunub.

Koreya Mərkəzi Televiziyasının yaydığı kadrlarda üzərində “Pukkıkson 4-A” yazılmış nəhəng raketin daşındığı göstərilib. Mütəxəssislər qeyd edir ki, belə bir raket indiyə qədər Koreya tərəfindən nümayiş olunmayıb. İndiyə qədər Şimali Koreya yalnız “Pukkıkson-1”, “Pukkıkson-2” və “Pukkıkson-3” raketlərini sınaqdan keçirmişdi.