Dünyada yeni növ koronavirusa yoluxanların sayında artıq üç gündür rekord göstərici qeydə alınır.

Unikal.org xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında deyilir.

Son sutka ərzində dünya üzrə 383 359 nəfər koronavirusa yoluxub.  Daha çox yoluxma halı Hindistan (73 272) və ABŞ-da (54 232) qeydə alınıb. İndiyədək dünyada 36,7 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan bu virusun qurbanı olub.

Qeyd edək ki, ÜST martın 11-də koronavirus infeksiyasını pandemiya elan edib.