Türkiyənin Hatay vilayətində dəhşətli yanğını törədən iki terrorçu saxlanılıb. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  terrorçuların meşəyə od vurması kameraya düşüb. Qeyd olunub ki, hər iki şəxs PKK terror təşkilatının üzvləridir. 

Onlar hadisəni törətdikdən sonra nömrəsiz motosikletlə qaçmağa müvəffəq olmuşdular. 

Xatırladaq ki, rəsmi məlumatlarda yanğının bu gün nəzarət altına alındığı bildirilir.