Tanınmış niderlandlı rok-gitaraçı Eddi Van Halen 65 yaşında vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində müsiqiçinin oğlu Volf Van Halen yazıb.

Qeyd edək ki, Eddi Van Halen 1974-cü ildə öz qardaşı ilə "Van Halen" qrupunu yaradıb. Qrupun tərkibində musiqiçi 1970-ci illərin sonlarında və 1980-ci illərdə böyük uğurlar qazanıb.