“Vaad L Hatzolas Nidchei Yisroel - Amerika Yəhudiləri Təşkilatı” Ermənistanın son təxribatları ilə bağlı bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təhdidlərinin genişlənməsi qəti şəkildə pislənib.

Bəyanatda deyilir: “Ermənistan sentyabrın 27-də Azərbaycan ordusuna və yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı artilleriya və ağır silahlarla hücum edib, bunun nəticəsində çoxlu sayda insan itki olub. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlamağa məcbur olub. Biz Amerika Yəhudiləri Təşkilatı olaraq Ermənistanın təcavüzünü qınayırıq və Azərbaycanın öz ərazi bütövlüyünü bərpaetmə hüququnu tanıyırıq. Onu da bildiririk ki, bütün bu hərbi aqresiyaların məsuliyəti tam olaraq erməni rəhbərliyinin üzərinə düşür”.