Dünən səhər saatlarından etibarən başlayan əməliyyatlardan sonra işğal altında olan bəzi ərazilərimizin azad olunması xalqımıza qələbə sevinci yaşadıb.

Paytaxtda olan hündürmərtəbli binaların üstündən Azərbaycan bayrağı asılıb.

Unikal.org xəbər verir ki, Baku TV işğaldan azad olunan kəndlərin sakinləri ilə söhbətləşib, onların duyğularını öyrənib.

Qeyd edək ki, sentaybrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar. Azərbaycan Ordusu əks-hücuma keçərək, işğal altında olan bəzi əraziləri və yüksəklikləri işğaldan azad edib.