Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində isə yüksək hərarət qeydə alınmayıb.

Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 12 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.