İrəvan lazım gələrsə, Rusiya silahlarının yeni tədarükü üçün Moskvaya üz tutmağa hazırdır, lakin hələ ki, bu barədə söhbət yoxdur.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Taqonyan RİA “Novosti”yə müsahibəsində bildirib.

O həmçinin qeyd edib ki, baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər Naziri Zohrab Mnatsakanyan isə Sergey Lavrovla Ermənistan hökumətinin hansı addımları atdığını, ordunun planları barədə telefon danışığı apardığını bildirib.