“Biz təmas xəttində yaranan vəziyyətə görə beynəlxalq ictimaiyyəti başa düşürük".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz süverən ərazilərimizdə fəaliyyət göstərərək Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir: "Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir".