Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yerraltı təkanların episentri Simoda şəhərindən 181 kilometr cənub-şərqdə, ocağı isə 118 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.