Türkiyəli müğənni Sinan Akçıl prodüser Armağan Çağlayanın "YouTube" layihəsində qonaq olub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi şorgöz olduğunu etiraf edib:

"Şorgözəm, bu bizdə genetikdir. Sonuncu münasibətimə kimi belə idim. İlk dəfədir ki, yalnız bir qadınla münasibətim var. Əvvəllər belə deyildim".

Qeyd edək ki, S.Akçıl hazırda aktrisa Burcu Kıratlı ilə sevgilidir.