Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Rusiyanın Sankt-Peterburq şəhərində yaşanıb.

Məlumata görə, kişi sürdüyü maşının pəncərəsindən qolunu çıxarıb. Qarşı yoldan hərəkət edən “QAZel” markalı maşın onun yanından keçənkən qoluna dəyib və biləyini qopardıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.