"Ekologiya və Təbii Sərvətlər Nazirliyində vakant yerlərə ixtisaslı kadrların seçimi aparılır".

Bunu Unikal.org-a açıqlamasında Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan  Məhərrəmli  bildirib. O, əlavə edib ki, vakant yerlərə ixtisaslı kadrların seçimi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində mütəmadi vakansiyalar barədə məlumatlar yerləşdirilir. 

Qeyd edək ki, 25 sentyabr saat 16:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımında O.Məhərrəmli  facebook istifadəçilərinin suallarını ətraflı cavablandıracaq.