“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.

Unikal.org xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Byaramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var: “Bunlardan biri ikitərəfli, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.

R.Bayramlı qeyd edib ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.