Müğənni Xatirə İslam uzun müddətdir həyat yoldaşı Fəxrəddinlə İstanbulda dincəlir.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün xəstəxanadan görüntülərini paylaşıb. O, xəstəxana yatağında palataya aparılan müğənni kameraya əl edir.

Xatirə səhhətindəki problemlə bağlı heç bir açıqlama verməsə də onun görüntüləri qısa vaxtda sosial şəbəkədə yayılıb. Sənətçi daha sonra yenidən oteldən videolar yayımlayaraq yaxşı olduğunu göstərib.