Koronavirus pandemiyası dövründə karantin tədbirlərinə əməl etməyərək oğluna toy edən AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman cəzalandırılıb.

Unikal.org  xəbər verir ki, oğlunun toyuna 1500 nəfər qonaq dəvət edən, eyni zamanda 1 saatlıq limiti keçən və məclisdə yemək verən deputat 6 min 360 lirə cərimələnib.

Bundan başqa, toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə təyin olunub. Qida tədarükü edən şirkətə 3 min 180 lirə pul cəzası verilib.

Qeyd edək ki, toy 2 həftə əvvəl baş tutub.(qafqazinfo.az)