Bakıda Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər piyada vurulub.