Livanın cənubunda yerləşən Ayn Kana yaşayış məntəqəsində partlayış olub.

Unikal.org xəbər verir ki, hadisə sentyabrın 22-də saat 15 radələrində qeydə alınıb. 

Partlayışın tüstüsü onlarla metr yuxarı qalxıb. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqələrindən birində baş verib.

Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb.