Avropa İttifaqı Belarusa “demokratik dəyişikliklərdən sonra” yardım paketi təqdim edəcək. Bununla bağlı razılıq  Belarusda prezidentliyə sabiq namizəd Svetlana Tixanovskayanın Brüsselə səfəri çərçivəsində əldə olunub.

Unikal.org xəbər verir ki, bu barədə S.Tixanovskaya özünün “Telegram”-kanalında yazıb. 

Avropa İttifaqının Tixanovskayaya vəd etdiyi yardımın məbləği açıqlanmır. Lakin daha əvvəl Belarus koordinasiya şurası rəyasət heyətinin üzvü Pavel Latuşko bildirmişdi ki, müxalifət 4 milyard dollara qədər pul almağı gözləyir.

Xatırladaq ki, Tixanovskaya sentyabrın 21-də Avropa deputatları və Aİ-nın XİN rəhbərlərinin qarşısında çıxış edib, eləcə də Aİ diplomatiyasının başçısı Jozep Borel və Avropa Parlamentinin prezidenti David Sassoli ilə görüşüb.