Türkiyəli müğənni Hande Yener evlilik iddialarına cavab verib.

Unikal.org xəbər verir ki, bir müddətdir repçi Mişa ilə eşq yaşayan aktrisa ərə getməyi düşünmədiyini bildirib:

“Bu barədə düşünmürük, hələ bizim üçün tezdir. Biz çox yaxşı dostuq və xoşbəxt cütlüyük. Bu bizə kifayətdir. Hisslərimiz ilk günkü kimidir”- deyə, o ifadə edib.