Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Zirə" klubu öz meydanında "Sabah" komandasını qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra "Sabah" 6-cı xalını qazanıb, "Zirə"nin isə 4 xalı var.