Ukraynalı stəndapçı və şoumen Yeqor Şataylonu döyüblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə onun Ukrayna ailəsi ilə bağlı zarafatından sonra baş verib. Naməlum şəxslər Yeqora hücum edərək onun üzünə gözyaşardıcı qaz püskürdüblər. Stəndapçı hücumdan əvvəl internetdən təhdid məktubları aldığını bildirib.