UEFA Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi” və Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi arasında görüş olub.

Unikal.org xəbər verir ki, görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.