ABŞ-ın İndiana ştatının Mişuoka şəhərində silahlı insident olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ticarət mərkəzində qeydə alınıb.

Məlumata görə, atışma nəticəsində azı bir nəfər həlak olub.

İnsidentlə əlaqədar ticarət mərkəzindəki insanlar təxliyə edilib. Cinayətin detalları məlum deyil.