İtaliyanın "Milan" komandası heyətini yeni qapıçı ilə gücləndirib. 

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lion"undan transfer edilən Çiprian Tataruşanu ilə müqavilə imzalanıb. 

34 yaşlı rumıniyalı qolkiperin sözləşməsi 2023-cü il iyunun 30-da başa çatacaq. 

Qeyd edək ki, Rumıniya millisində də çıxış edən Çiprian Tataruşanu 2019/2020 mövsümündə "Lion"un formasını geyinib.