İdmanın güləş növü üzrə İran çempionu 27 yaşlı Nəvid Əfkari bu gün səhər saatlarında edam edilib.

Unikal.org xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Güləşçi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli bilinib.

N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində bir nəfər mühafizəçini qətlə yetirib.

Onu da qeyd edək ki, N.Əfkarinin əfv edilməsi üçün bir çox dünyaca məşhurlar sosial şəbəkə vasitəsi ilə İran hökümətinə müraciət etmişdi. 

Eləcə də Amrikanın ikiqat dünya və Olimpiya Çempionu, qadın güləşçi Helen Maroulis və "Ultimate Fighting Championship”in (UFC) prezidenti Dana Uayt #saveNavid  "haştaq"ı ilə video paylaşıb.