Kofein həqiqətən də maddələr mübadiləsini sürətləndir, lakin bu, ürək əzələsinin yığılma tezliyinin artması hesabına baş verir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Federal tibbi-biologiya Agentliyinin professoru, dietoloq Marqarita Korolyova “radio Sputnik”ə müsahibəsində bildirib.

“Əgər biz yağları əritmək üçün ancaq kofeinə bel bağlasaq və bunun üçün gün ərzində 8 fincanadək kofe içsək ürəyimizə nə olar? Əlbəttə, ürəkdə müvafiq problemlər yaranar”, - deyə dietoloq qeyd edib.

O əlavə edib ki, hipertoniyadan və ürək ritminin pozulmasından əziyyət çəkən insanlara bu içki əks göstərişlidir.

Bununla yanaşı, Korolyova bildirib ki, kofe heç bir kalorili qatqıları olmadan az miqdarda istifadə edildikdə piy qatlarının əridilməsində kömək edə bilər.