“Qalatasaray” gənc futbolçusu Celil Yüksellə yollarını ayırıb.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçini “Adanaspor”a satıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Celilin 900 min TL qarşılığında TFF 1-ci liqa klubuna satıldığı diqqətə çatdırılıb.

“Qalatasaray”ın öz yetirməsi olan Celil Yüksel bu klubun əsas komandasında da bir neçə oyun keçirmişdi. O, bu ilin əvvəlində “Adanaspor”a icarəyə verilmişdi.