Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Baku Electronics" LTD şirkətinin dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yeni tədris ilinin başlanması ilə əlaqədar ali və orta məktəbdə təhsil alan şəhid övladlarının məktəbli ləvazimatı və distant təhsilə dəstək məqsədilə noutbukla təmin edilməsi üçün sosial aksiya həyata keçirir.

Unikal.org xəbər verir ki, Bakıda və bölgələrdə yaşayan şəhid övladları ziyarət olunaraq hədiyyələr təqdim edilib.