Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımı gedir, facebook istifadəçilərinin sualları cavablandırılır.

Unikal.org xəbər verir ki, “Ekspert saatı” verilişinin bugünkü qonağı Bioloji Müxtəlifliyin Qorunması  Xidmətinin rəis əvəzi Firuddin Əliyevdir. 

Xidmət rəsmisi canlı yayımda bioloji muxtəlifliyin qorunması sahəsində görülən işlər, qoruqlar, milli parklar və milli parklarda turizm fəaliyyəti, ovun təşkili və aparılması qaydaları, ovçuluq biletlərinin verilməsi proseduru, su bioresurslarının ovlanılması qaydaları və digər məsələlərlə bağlı facebook istifadəçilərinin suallarını cavablandırır və Bioloji Müxtəlifliyin Qorunması  Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verir. 

Qeyd edək ki, nazirlik hər həftə facebook üzərindən “Ekspert saatı” verilişinin canlı yayımını təşkil edir.