Prezidentin keçmiş köməkçisi Əli Həsənov Abu-Dabidəki Klivlend xəstəxanasına getməyə hazırlaşır.

Unikal.org-un məlumatına əsasən, bu barədə o özünün “Facebook” hesabında bildirib.

“Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm”, - deyə Ə.Həsənov yazıb.

O, 20-26 avqust tarixində İstanbulda “Siyami Ersek” xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasında keçdiyi müayinələrin və müalicənin bəzi detallarını əks etdirən fotoları təqdim edib.