Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb. 

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun əlilliyin təyinatındakı çətinliklərlə bağlı müraciətinə verdiyi cavabı şərh edərkən bildirib.

“Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib.

Nazirliyin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərcilərlə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.

Rəqəmlərdə deyil, vətəndaşa əlilik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”, - deyə deputat qeyd edib.