Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 10-a olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Unikal.org xəbər verir ki, hazırda xəstələrin 138-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 049 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 874 nəfərə, sağalanların sayı 35 269 nəfərə, vəfat edənlərin sayı isə 556 nəfərə çatıb.