Səudiyyə Ərəbistanı çoxillik qadağanı aradan qaldıraraq İsraildən Şərq istiqamətində bütün aviayollar üçün hava məkanını açmaq qərarına gəlib.

Unikal.org xəbər verir ki, bu barədə “The Jerusalem Post” ABŞ prezidentinin böyük müşaviri Cared Kuşnerə istinadən məlumat verir.

Kuşner bildirib ki, ölkələr köhnə münaqişələrə son qoymağa və sülh istiqamətində irəliləməyə  başlayıblar.

“İnsanlar vaxtlarına qənaət edəcəklər, bu, 72 illik maneəni dağıdacaq”, - deyə ABŞ prezidentinin müşaviri vurğulayıb.