“Hakimiyyət təhvil alıb, atıb və kiməsə vermək üçün verilmir”.

Unikal.org BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko  Andrey Şvedi ölkənin Baş prokuroru kimi təqdim edərkən deyib.

“Sizə kişi kimi bildirmək istəyirəm ki, bütün sözümüzü demişik. Məni çox vaxt qınayırlar ki, "o, hakimiyyəti vermək istəmir". Düz qınayırlar. Məni xalq bunun üçün seçməyib ki. Hakimiyyət təhvil alıb, atıb və kiməsə vermək üçün verilmir. 90-cı illərdə o, ayaqlar altında qalmışdı, hamı ona ayağını silirdi.  Çoxlarınız həmin dövrü xatırlayır. Mən Belarusun həmin zamana qayıtmağını istəmirəm. Ona görə də heç kim hakimiyyəti palçığa bulaya bilməz”,-deyə Lukaşenko bildirib.