Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkə ərazisində 57 nəfər virusa yoluxub.

Bu günədək Gürcüstanda yoluxanların sayı 1 830 nəfərə çatıb. Onlardan 19 nəfəri həyatını itirib. 390 nəfərin müalicəsi davam edir, 5 882 nəfər isə karantin rejimində saxlanılır.