Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 2659 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər infeksiyadan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 355 min 219, xəstəlikdən ölənlərin sayı isə 41 min 594 nəfərə çatıb.